Xalq artisti İlham Əsgərovla vida mərasimi yaşadığı evdə keçiriləcək. Xalq artisti İlham Əsgərovla vida mərasimi yaşadığı evdə keçiriləcək.

İlham Əsgərov Masallıda dəfn olunacaq

Xalq artisti İlham Əsgərovla vida mərasimi yaşadığı evdə keçiriləcək.


Bu barədə AzNews.az-a mərhum aktyorun ailə üzvləri bildirib. Aktyorun ailəsindən verilən məlumata görə, İ.Əsgərov doğulduğu Masallı rayonunda torpağa tapşırılacaq.

İlham Əsgərovla vida mərasiminin niyə Akademik Milli Dram Teatrında keçirilməməsi sualına ailə üzvlərinin cavabı belə oldu: "Onu teatrın direktoru İsrafil İsrafilovdan soruşun".

Ailə üzvlərinin verdiyi məlumata görə, tanınmış aktyor dünən insult keçirib.

Xatırladaq ki, İlham Əsgərov sentyabrın 6-da dünyasını dəyişib. Bir neçə il öncə isə ürəyindən əməliyyat keçirib.

Bahar RÜSTƏMLİ
AzNews.az