Sabah Bakıda havanın temperaturu 36 dərəcəyə yüksələcək. Sabah Bakıda havanın temperaturu 36 dərəcəyə yüksələcək.

Sabah Bakıda 36 dərəcə isti olacaq - Proqnoz

Sabah Bakıda havanın temperaturu 36 dərəcəyə yüksələcək.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzNews.az-a verilən məlumata görə, sentyabrın 8-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-24, gündüz 31-36 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, lakin axşam və gecə bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 19-24, gündüz 33-38, dağlarda gecə 13-18, gündüz 25-30 dərəcə isti olacaq.