Bu gün Əməkdar artist, Akademik Milli Dram Teatrının aktyoru Füzuli Hüseynovun ad günüdür. Sənətkar 53 yaşını qeyd edir. Bu gün Əməkdar artist, Akademik Milli Dram Teatrının aktyoru Füzuli Hüseynovun ad günüdür. Sənətkar 53 yaşını qeyd edir.

“Təhminə”nin “Spartak”ı: “Doğum günümdə yasda olacağam”

Bu gün Əməkdar artist, Akademik Milli Dram Teatrının aktyoru Füzuli Hüseynovun ad günüdür. Sənətkar 53 yaşını qeyd edir.


Aktyor doğum günü ilə bağlı təəssüratlarını AzNews.az-la bölüşüb və şənlik etməyəcəyini deyib: "Sıradan bir gündür. Adi günlərdə necəyəmsə, bu gün də elə olacaq. Hər halda dostlarla bir yerdə bunu qeyd etmək yaxşı olardı. Amma bu ad gününü keçirməyəcəyəm. Bunun da səbəbi var. Bu gün özümə yaxın sandığım insanlardan biri, gözəl aktyor İlham Əsgərovun 3 mərasimidir. Orada olacağıq".

F.Hüseynov deyir ki, yaşının üstünə yaş gəldikcə, o, üzülmür, əksinə, daha da bərkiyir.

Xatırladaq ki, Füzuli Füseynov 1962-ci ildə anadan olub. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsini bitirib və həmin ildən Akademik Milli Dram Teatrında işləyir. Burada çalışdığı illər ərzində F.Hüseynov bir çox müxtəlif janrlı əsərlərdə maraqlı obrazlar yaradıb. Akademik Milli Dram Teatrındakı fəaliyyəti ilə paralel olaraq, F.Hüseynov "Azərbaycanfilm"in istehsal etdiyi bir neçə filmdə də çəkilib. "Təhminə"dəki Spartak, "Bəyin oğurlanması"ndakı Elxan, "Ölülər"dəki Mirzə Cəlil və s. bu kimi obrazlar aktyorun yaradıcılıq imkanlarının geniş diapazonunu bir daha təsdiqləyir.

F.Hüseynov Azərbaycan Televiziyasında çəkilən ilk teleseriallarda klassik milli, türk və dünya dramaturgiyasının nümunələrindən olan "Yad qızı", "Kamança", "Ortabab amerikalı qadın", "Dədə Qorqud", "Sonuncu şahid", "Kimdir haqlı?" və başqa tamaşalarda maraqlı obrazlar qalereyası ilə çoxşaxəliyini aça bilib. Aktyor 30 aprel 2014-cü ildə Prezident Mükafatına layiq görülüb.

Bahar RÜSTƏMLİ
AzNews.az