Bakı-Sumqayıt yolunda - Ceyranbatan su anbarının yaxınlığında üç nəfərin ölməsi ilə nəticələnən ağır yol qəzasından sonra yol kənarında və ayrıclardakı maneə dərmirlərin tərkibi yoxlanılır. Bakı-Sumqayıt yolunda - Ceyranbatan su anbarının yaxınlığında üç nəfərin ölməsi ilə nəticələnən ağır yol qəzasından sonra yol kənarında və ayrıclardakı maneə dərmirlərin tərkibi yoxlanılır.

Maneə dəmirlərin tərkibi yoxlanılır - Dəhşətli qəzadan sonra

Bakı-Sumqayıt yolunda - Ceyranbatan su anbarının yaxınlığında üç nəfərin ölməsi ilə nəticələnən ağır yol qəzasından sonra yol kənarında və ayrıclardakı maneə dərmirlərin tərkibi yoxlanılır.


AzNews.az xəbər verir ki, bu sözləri Trend-ə Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

K.Əliyev bildirib ki, baş verən hadisə ilə bağlı yaradılan istintaq qrupu araşdırmaların gedişatında həmin maneə dəmirlərin tərkibi yoxlanılacaq. Onun sözlərinə görə, əgər ehtiyac yaranarsa, müvafiq qurumlara müraciət olunacaq.

K.Əliyev qeyd edib ki, şahidlərin dindirilməsindən məlum olub ki, yol qəzasına səbəb sürücünün sükan arxasında yuxulaması olub: "Yaralanan sürücü ifadəsində bildirib ki, o, gecə saat 3-də yatıb və səhər tezdən yenidən işə çıxıb".

"Azəryolservis" ASC-nin mətbuat katibi Anar Nəcəfli isə Trend-ə bildirib ki, maneə dəmirlərin tərkibi Avropa standartlarına uyğundur: "Xaricdə də eyni tərkibli dəmirdir. Türkiyədə, Rusiyada, başqa Avropa ölkələrində də belədir. Amma o ölkələrdə belə qəzalar baş vermir. Çünki orada avtomobilləri nizam-intizamla idarə edirlər. Amma bizdə necə gəldi idarə edirlər, sürət həddini aşılır, yol hərəkəti qaydalarına riayət edilmir, hava şəraiti nəzərə alınmır".

Qeyd edək ki, Bakı-Sumqayıt yolunda baş verən yol qəzasında 3 nəfər ölüb, 3 yaralı xəstəxanaya daxil olarkən onların bir və ya iki ayağı ambutasiya olunmuş vəziyyətdə olub.