Daxili İşlər Nazirliyinin Kollegiyası “Nəqliyyat vasitələrinin zədələnməsinə dair arayışın verilməsi üzrə inzibati reqlament”i təsdiq edib. Daxili İşlər Nazirliyinin Kollegiyası “Nəqliyyat vasitələrinin zədələnməsinə dair arayışın verilməsi üzrə inzibati reqlament”i təsdiq edib.

Elektron müraciətlə avtomobilin zədələnməsinə dair arayış veriləcək

Daxili İşlər Nazirliyinin Kollegiyası “Nəqliyyat vasitələrinin zədələnməsinə dair arayışın verilməsi üzrə inzibati reqlament”i təsdiq edib.


AzNews.az-ın APA-ya istinadən məlumatına görə, reqlament sentyabr ayının 16-dan qüvvəyə minib.

Reqlament Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəqliyyat vasitələrinin zədələnməsinə dair arayışın verilməsi üçün elektron müraciətin qəbul edilməsini, baxılmasını və baxılmanın nəticəsindən asılı olaraq müvafiq arayışın verilməsini nəzərdə tutur. Elektron xidmət http://mia.gov.az/?/az/jontent/29860/ internet səhifəsindən təqdim olunacaq və 5 gün ərzində icra olunacaq. Ellektron xidmət ölənişsiz həyata keçiriləcək. Zədələnmiş nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs elektron xidmətin təqdim edildiyi internet səhifəsindən müvafiq ərizə formasını doldurur. İstifadəçi tərəfindən ərizə forması elektron xidmətin təqdim edildiyi internet ünvanından yüklənərək doldurulur və info@mia.gov.az, info@dyp.gov.az elektron poçt ünvanına göndərilir. Sorğu internet səhifəsinə daxil olduğu gün qeydiyyata alınır və bu barədə istifadəçinin elektron poçtuna dərhal bildiriş göndərilir. İstifadəçi tərəfindən ərizə forması natamam və ya yanlış doldurulduqda sorğunun yerinə yetirilməsindən imtina edilir və imtinanın səbəbləri barədə istifadəçinin elektron poçtuna dərhal bildiriş göndərilir. Elektron xidmətin göstərilməsindən imtina istifadəçinin müvafiq sorğu ilə bağlı elektron xidmətlər bölməsinə yenidən müraciət etməsinə mane olmur.

İstifadəçi tərəfindən ərizə forması düzgün doldurulduqda sorğu qəbul olunur. Sorğunun qəbul edilməsi ilə bağlı istifadəçinin elektron poçtuna dərhal bildiriş göndərilir. Sorğu qəbul edildikdən sonra dərhal qeydiyyata alınır və baxılması üçün nəqliyyat vasitəsinin zədələnməsinin baş verdiyi ərazidə xidmət aparan DYP qurumuna elektron formada (internet vasitəsi ilə) ünvanlanır. Sorğunun icrasına görə nəqliyyat vasitəsinin zədələnməsinin qeydiyyata alındığı ərazi DYP qurumunun rəhbəri bilavasitə məsuliyyət daşıyır. Nəqliyyat vasitəsinin zədələnməsi barədə arayışın verilməsi ilə bağlı müraciət aidiyyəti DYP qurumunda baxılaraq həmin nəqliyyat vasitəsinin iştirakı ilə qeydə alınmış yol-nəqliyyat hadisəsinin sənədləşdirilməsinə dair materiallara əsasən "Nəqliyyat vasitəsinin zədələnməsinə dair arayış" tərtib olunur və aidiyyəti DYP qurumunun rəhbəri tərəfindən imzalanır və möhürlə təsdiq olunur. Əgər sorğu olunan nəqliyyat vasitəsinin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi DYP qurumunda qeydiyyata alınmamışdırsa, avtomobilin sahibi qabaqcadan məlumatlandırılmaqla DYP qurumunun əməkdaşı tərəfindən zədələnən nəqliyyat vasitəsinin olduğu yerdə ona və zədələnmənin baş verdiyi əraziyə baxış keçirilərək yol-nəqliyyat hadisəsi sənədləşdirilir. Baxışın keçiriləcəyi tarix və vaxt barədə zədələnən nəqliyyat vasitəsinin sahibinə elektron poçt vasitəsi ilə azı 1 gün əvvəl məlumat verilir. İstifadəçi elektron xidmətlə bağlı razılaşmadığı istənilən məsələ barədə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilər.