“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (AZAL) bütün reyslərində əl yükünün icazə verilən çəkisini artırıb. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (AZAL) bütün reyslərində əl yükünün icazə verilən çəkisini artırıb.

AZAL əl yükünün icazə verilən çəkisini artırdı

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (AZAL) bütün reyslərində əl yükünün icazə verilən çəkisini artırıb.


AZAL-ın mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, bundan sonra ekonom sinfin sərnişinləri çəkisi 8 kiloqrama, biznes sinfin müştəriləri isə çəkisi 15 kiloqrama qədər olan əl yükünü özləri ilə götürə bilərlər.

Əvvəl əl yükünün icazə verilən maksimum çəkisi 5 kiloqram idi.

"Azərbaycan Hava Yolları"nın reyslərində əl yükünün ölçüləri 55x35x20 santimetrdən çox olmamalıdır.