Rusiyanın "Aeroflot" şirkətinin törəmə müəssisəsi olan "Pobeda" loukosterinə 15 ölkəyə uçuşlar üçün buraxılış verilməsindən imtina olunub. Rusiyanın "Aeroflot" şirkətinin törəmə müəssisəsi olan "Pobeda" loukosterinə 15 ölkəyə uçuşlar üçün buraxılış verilməsindən imtina olunub.

Rus aviaşirkəti Azərbaycana uçuşlara icazə vermədi

Rusiyanın "Aeroflot" şirkətinin törəmə müəssisəsi olan "Pobeda" loukosterinə 15 ölkəyə uçuşlar üçün buraxılış verilməsindən imtina olunub.


AzNews.az Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə informasiya Hava Nəqliyyatı Federal Agentliyinin saytında dərc olunan sənəddə öz əksini tapıb.
Sənədə əsasən, loukosterin Azərbaycan, Bolqarıstan, İspaniya, İsrail, İtaliya, Fransa, Kuba, İordaniya, Latviya, Estoniya, Niderland və Macarıstana uçuşlar təşkil etməsinə icazə verilməyib. Sənəddə, həmçinin bildirilir ki, "Pobeda" 17 sentyabr 2015-ci il tarixindən 14 may 2016-ci il tarixinədək buraxılışdan istifadə etmək niyyətində olub.