Baytarlar gücləndirilmış rejimə keçdi

Bu gündən etibarən Dövlət Baytarlıq Xidmətinin əməkdaşları gücləndirilmış rejimdə işləyəcək. Bu barədə məlumatı AzNews.az-a qurumun mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli verib.

Y.Xanvəli bildirib ki, məqsəd Qurban bayramı günlərində heyvan satışına, kəsim yerlərinə nəzarəti həyata keçirməkdır. Bakıda ümumulikdə 57 heyvan satışı məntəqəsinin faəliyyət göstərdiyini deyən Y.Xanvəlinin sözlərinə görə, bu məntəqələrdən 23-ü İqtisadi İnkişaf Nazirliyi ilə Kənd Təsərrüfatı Nazirliyinin birgə fəaliyyəti nəticəsində yaradılıb.

Bayram günlərində paytaxtda həmçinin 14 kəsim məntəqəsi də fəaliyyət göstərəcək.

Elnarə Əlosmanqızı
AzNews.az