Bu il yay mövsümündə Azərbaycanın regionlarında istirahət edən turistlərin sayı ötən illə müqayisədə artıb. Bu il yay mövsümündə Azərbaycanın regionlarında istirahət edən turistlərin sayı ötən illə müqayisədə artıb.

Xaricilər ən çox bu rayonlara gedir

Bu il yay mövsümündə Azərbaycanın regionlarında istirahət edən turistlərin sayı ötən illə müqayisədə artıb.


Mədəniyyət və Turizm Nazirliyindən AzNews.az-a verilən məlumata görə, aparılan təhlillər nəticəsində məlum olub ki, 2015-ci ilin 01 iyun - 31 avqust tarixlərində Azərbaycanın şimal, şimal-qərb, qərb və cənub bölgələrində fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərində istirahət edən turistlərin sayı ümumilikdə 608 233 nəfər təşkil edib. Bunlardan 560 688 nəfər yerli turistlər, 47 545 nəfər xarici turistlərin payına düşür. Bu da ötən ilin hesabat dövrü ilə müqayisədə 8,2% və ya 45 984 nəfər artım deməkdir.

Aparılan araşdırmalara görə, Quba - Xaçmaz regionu ən çox yerli turistlərin (330 353 nəfər), Şamaxı - İsmayıllı regionu isə ən çox xarici turistlərin (22 286 nəfər) istirahət etdiyi bölgələrdir.

Sevinc Yasinqızı
AzNews.az