İdris Heydərli İdris Heydərli

Əlin və Dilin qazanı

İdris Heydərli


Millətlərin tribunasından iki Gücün sözünu dinlədim.
İlk rusun sözünə qulaq asdım, sonra amerikalının.
Birincinki yazını oxudu, ikincinki danışdı.
Yazanın qarşısında kağız var idi, danışan düşünüb anladan idi.
Kağızda yazılanlar cəsarəti sistemdən, anladan cəsarəti ağlından alırdı.
Kağız sistemin yanında idi, anladan insanın.
İki dəyər və iki baxış nöqtəsi qarşı qarşıya gəldi.
Kağızla İnsan arasında 1-ci 20 dəqiqədən bir az çox, 2-ci 50 dəqiqəyə yaxın vaxt sərf etdilər.
1-ci Gücünü göstərmək istədi, 2-ci Gücünü kimi müdafiə etdiyinə həsr etdiyini anlatmaq istədi.

Və beləcə...
Millətlər tribunasının 70 illiyi Mərkəzdə olan iki gücün Sözü ilə yeni düzənə kiminlə gedəcəyini müəyyənləşdirəcək.
Qaynar qazanda soyuq yer olmaz.
İnsanla kağız arasında seçim, artıq bir savaşdır.