Bakıda qeyri-adi toy - Bəylə gəlin toya qatarla gəldilər (Video)

Məlumdur ki, Bakıdakı tıxac problemini aradan qaldırmaq üçün rayon qeydiyyatlı maşınların Bakıya girişi məhdudlaşdırıb.
AzNews.az-ın Kanal S-ə istinadən məlumatına görə, Rəşad və Turanə adlı cütlük Bakıda qeyd edəcəkləri toya gəlmək üçün maraqlı çıxış yolu tapıblar.

Toylarına gedən cütlük dəvətlilərlə yanaşı qatara bilet alıb, sevincli günlərini qeyd edə-edə Şəkidən düz Bakıya yollanıblar.

Həmin görüntüləri təqdim edirik: