Nikotini zərərsizləşdirən tərəvəz - Sarımsaq

Sarımsağın sağlamlığımıza xeyirli bir qida olduğu məlumdur. Türkiyəli alimlər sarımsağın daha bir xeyrini üzə çıxarıblar.

Araşdırmalar zamanı məlum olub ki, bir diş sarımsaq gün ərzində çəkilən siqaretdən insanın qanına keçən nikotinin zəhərlərinin qarşısını alır. Belə ki, bədəndə xərçəng riskini azaldan sarımsağın qəbulu insanın sinir sistemini və qan dövranını yaxşılaşdırır; insana əlavə güc və enerji verir.

Araşdırmanın nəticəsinə əsasən, sarımsaq düzgün istifadə edildiyi halda çox yaxşı antibiotikdir. O, mikrobları öldürür, bağırsaqları qurdlardan təmizləyir. Qaraciyərdəki rahatsızlıqlar, başın hərlənməsi, qızdırmanın olması, qulaqların uğuldaması kimi xəstəliklərə çox yaxşı təsir edir. Bundan əlavə, sarımsaq qanda şəkərin miqdarını tənzimlədiyi üçün şəkər xəstəliyinə qarşı ən yaxşı təbii vasitə hesab edilir.

Sevinc
AzNews.az