DİN rəsmisi kriminagen durumdan danışdı

"Azərbaycanda kriminagen vəziyyət hüquq-mühafizə orqanlarının tam nəzarəti altındadır". Bunu AzNews.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov bildirib.

DİN rəsmisi deyib ki, son illər Azərbaycanda gündəlik baş verən cinayətlərin sayı kəskin azalıb, ağır cinayətlər isə demək olar ki, baş vermir.

Onun sözlərinə görə, hazırda Azərbaycanda baş verən cinayətlərin 93-95 faizinin üstü dərhal açılır: "MDB və əksər Avropa ölkələri ilə müqayisədə Azərbaycanda baş verən cinayətlərin sayı xeyli aşağıdır. Ölkədə ictimai asayişin, təhlükəsizliyin və sabitliyin qorunması işi tam təmin olunur".

Vasif Həsənli
AzNews.az