“Düşünürəm ki, falçılıq fəaliyyətinin qadağan olunması gec verilmiş olsa da, vacib qərardır”. “Düşünürəm ki, falçılıq fəaliyyətinin qadağan olunması gec verilmiş olsa da, vacib qərardır”.

Astroloqdan falçılığın qadağası ilə bağlı şərh: “Şəxsən mən 20 ildir ki...”

“Düşünürəm ki, falçılıq fəaliyyətinin qadağan olunması gec verilmiş olsa da, vacib qərardır”.


Bunu AzNews.az-a "Qoroskop" qəzetinin baş redaktoru, astroloq Səbuhi Rəhimli Azərbaycanda falçılıq fəaliyyətinin qadağası ilə bağlı layihəyə münasibətində deyib. O, bildirib ki, Azərbaycanda az qala hər kənddə, hər kücədə bir falçı, cadugər var: "Televiziya və qəzetlərdə, jurnal və saytlarda onlara gen-bol meydan verilir. İnsanların savadsızlığından, cahilliyindən yararlanan belələri özlərinə var-dövlət yığıb az qala özlərini elitar təbəqə hesab edirlər. Acınacaqlısı odur ki, qara enerji yayan belələrini yüksək rütbəli məmurlar da az müdafiə etmir. 1997-ci ildə dünya ruhaniləri cadugərliyin tüğyan etməsi səbəbindən Bakını "4-cü cəhənnəm nöqtəsi" elan etmişdilər. Təəssüf ki, bu hallar hələ də davam edir. Məncə, ilk növbədə bu halların yaranmasına səbəb olan zəmini aradan qaldırmaq lazımdır".

S.Rəhimli qeyd edib ki, fırıldaqçılara üz tutan insanların əksəriyyəti ümidsizliyə qapılanlardır: "İradəsi zəif olan insanların böyük əksəriyyəti guya ümid işartılarına yetişmək üçün belə fırıldaqçıların yanına üz tutur. Daimi aldanmalarına, maddi baxımdan soyulmalarına baxmayaraq sanki hipnoz təsiri altına düşərək belələrinin daimi müştərisinə çevrilirlər. Şəxsən mən 20 ildən çoxdur ki, belələrini ifşa etməklə məşğulam".

Astroloq onu da əlavə edib ki, Azərbaycan Ekstrasensləri İttifaqının prezidenti Etibar Elkin Qafqaz Müsəlmanları İdarəsi ilə birlikdə Nazirlər Kabinetinə dəfələrlə bu biabırçılığın qarşısının alınması üçün müraciət ediblər: "Təəssüf ki, heç bir nəticə hasil olmadı".

Xatırladaq ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi falçılıq fəaliyyətinin qadağası ilə bağlı layihə üzərində işlənildiyini açıqlayıb. Əgər sözü gedən layihə reallaşarsa Azərbaycanda falçılıq fəaliyyətinə rəsmən qadağa qoyulacaq.

Bahar RÜSTƏMLİ
AzNews.az