Bu gün Xalq artisti, Akademik Milli Dram Teatrının aktrisası Zərnigar Ağakişiyevanın ad günüdür. Bu gün Xalq artisti, Akademik Milli Dram Teatrının aktrisası Zərnigar Ağakişiyevanın ad günüdür.

70 yaşlı Xalq artisti: “Sənət yoldaşlarımı bezdirə bilərəm”

Bu gün Xalq artisti, Akademik Milli Dram Teatrının aktrisası Zərnigar Ağakişiyevanın ad günüdür.


70 yaşını qeyd edən sənətkar AzNews.az-a açıqlamasında bildirib ki, doğum günündə dostları ilə bir arada olacaq: "Bu günə kimi kimisə ad günümə dəvət etməmişəm. Amma bu dəfə 70 yaşımı qeyd edirəm. Ona görə bu yubileyi qeyd edəcəyəm. İstəyirəm restoranların birində keçirəm. Kim istəsə gəlsin, gözüm üstə yeri var".

O, qeyd edib ki, teatrda, səhnədə olduğu müddətdə sənət yoldaşlarının hörmətini qazanıb: "Teatrdan ayrılmışam. Yaşım o yaş deyil, həm də şəkərim var. Daha o halda deyiləm. Sənət yoldaşlarımı bezdirə, yora bilərəm. Şəkər xəstəliyinin öz kaprizləri var. Təqaüdə çıxdığıma çox rahatam. Bir gün gələn bir gün də gedəcək, bunu qəbul etmək lazımdır. Heç kəsdən inciməmişəm. Ancaq hörmət görmüşəm".

Xatırladaq ki, Zərnigar Ağakişiyeva 1945-ci il noyabrın 6-da Quba rayonunun Rustov kəndində doğulub. O, 1972-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsini bitirib. Təhsilini tamamlayandan sonra, bir müddət Tədris teatrında aktrisa kimi çalışan Z.Ağakişiyeva, rejissor Əşrəf Quliyevin dəvəti ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında ilk tamaşası 19 may 1973-cü ildə göstərilən A.Ostrovskinin "Müdriklər" dramında Mamayeva rolunu oynayıb. 1974-cü ildən isə Akademik Milli Dram Teatrının aktyor heyətinə aktrisa kimi qəbul olunub. Onun istər kinoda, istərsə də teatrda yaratdığı obrazlar tamaşaçılar tərəfindən həmişə maraqla qarşılanıb.

Bahar RÜSTƏMLİ
AzNews.az