"Atası nazirliklərdən birində müavin vəzifəsində işləyən bir gənc mənə müraciət edib. Yazıb ki, “atamın rəsmi əmək haqqı 1400 AZN-dir. Lakin o, hər gün evə bu məbləğdən dəfələrlə çox pul gətirir. Onun qanunsuz fəaliyyətinə görə evdə daim əsəb və qorxu hökm sürür, özümüzü oğru kimi hiss edirik, hərəkətlərimə qoyulan məhdudiyyətlərə dözə bilmirəm””. "Atası nazirliklərdən birində müavin vəzifəsində işləyən bir gənc mənə müraciət edib. Yazıb ki, “atamın rəsmi əmək haqqı 1400 AZN-dir. Lakin o, hər gün evə bu məbləğdən dəfələrlə çox pul gətirir. Onun qanunsuz fəaliyyətinə görə evdə daim əsəb və qorxu hökm sürür, özümüzü oğru kimi hiss edirik, hərəkətlərimə qoyulan məhdudiyyətlərə dözə bilmirəm””.

“Atamdan imtina etmək istəyirəm” - Azərbaycanlı nazir müavininin oğlu

"Atası nazirliklərdən birində müavin vəzifəsində işləyən bir gənc mənə müraciət edib. Yazıb ki, “atamın rəsmi əmək haqqı 1400 AZN-dir. Lakin o, hər gün evə bu məbləğdən dəfələrlə çox pul gətirir. Onun qanunsuz fəaliyyətinə görə evdə daim əsəb və qorxu hökm sürür, özümüzü oğru kimi hiss edirik, hərəkətlərimə qoyulan məhdudiyyətlərə dözə bilmirəm””.


AzNews.az Modern.az-a istinadən xəbər verir ki, bunu Almaniyada mühacirətdə olan hüquq müdafiəçisi Əlövsət Əliyev özünün Facebook səhifəsində yazıb. Onun sözlərinə görə, atasından narazı olan nazir müavininin oğlu daha sonra bunları əlavə edib:

"Evdə rəsmiyyət o həddədir ki, özümüzü dövlət idarələrində olan şəxs kimi hiss edirik. Anam da bu vəziyyətdən boğaza yığılıb. Bu vəziyyətə dözmədiyim üçün atamdan imtina etmək və sərbəst yaşamaq istəyirəm".

Ə.Əliyev deyir ki, həmin gənc ondan kömək istəyərək, sərbəst yaşaya bilməyin qaydasını izah etməyi istəyib.

"Bu məlumatı ondan icazə alaraq paylaşmaq qərarına gəldim. Ailə üzvlərindən imtina kimi zərərli halların təbliği ilə məşğul olan uzunqulaqlar bilməliydilər ki, bir gün bu zərərli hallar vərdişə çevriləcək və növbə onlara da çatacaq".