AzNews.az-ın İŞİD-ə qoşularaq iki qız övladı ilə birlikdə Azərbaycanı qanunsuz şəkildə tərk edən qadın barədə araşdırması cəmiyyətdə böyük rezonans yaradıb. AzNews.az-ın İŞİD-ə qoşularaq iki qız övladı ilə birlikdə Azərbaycanı qanunsuz şəkildə tərk edən qadın barədə araşdırması cəmiyyətdə böyük rezonans yaradıb.

AzNews.az-ın İŞİD-lə bağlı araşdırması ANS-in “Manşet”ində - Video

AzNews.az-ın İŞİD-ə qoşularaq iki qız övladı ilə birlikdə Azərbaycanı qanunsuz şəkildə tərk edən qadın barədə araşdırması cəmiyyətdə böyük rezonans yaradıb.


Ailə başçısı İlqar Yusifovun bəzi dövlət qurumlarını bu işdə ittiham etməsi, ailənin Azərbaycandan qanunsuz şəkildə çıxmasına göz yumması mətbuatın gündəminə çevrilib.

ANS televiziyası da məsələnin aktuallığını nəzərə alaraq AzNews.az-ın araşdırmasına toxunub. Əməkdaşımızın da qonaq olduğu "Salam Azərbaycan" verilişində saytımızın araşdırması ətrafında müzakirə aparılıb.

Həmin verilişi təqdim edirik:



Qeyd edək ki, Bakı sakini İlqar Yusifov AzNews.az-a müraciət edərək ailəsinin qanunsuz şəkildə ölkəni tərk etdiyini bildirib. O, həyat yoldaşı Pərvanə və qızları Nəzrin və Lalənin Suriyaya aparıldığını deyib, bu işdə Milli Təhlükəsizlik Nazirliyini, Dazili İşlər nazirliyini və Dövlət Sərhəd Xidmətini günahlandırıb.

Dövlət Sərhəd Xidməti də məsələ ilə açıqlama verərək araşdırma başladıldığını qeyd edib.

Daxili İşlər Nazirliyi də məsələyə reaksiya verib. Nazirliyin Baş Cinayət Axtarış İdarəsinin rəisi, polis general-mayoru Emin Şəkinski İlqar Yusifovu qəbul edib və bu məsələnin DİN-in nəzarətinə götürüldüyünü, geniş araşdırma başladıldığını bildirib.

Milli Təhlükəsizlik Nazirliyi isə deyilənləri cəfəngiyyat adlandırıb.

Məsələ ilə bağlı ətraflı məlumatı BURADAN oxuya bilərsiniz.