Bu gün Milliyyətçi Gənclər Təşkilatı İranın Azərbaycandakı səfirliyi qarşısında aksiya keçirib. Bu gün Milliyyətçi Gənclər Təşkilatı İranın Azərbaycandakı səfirliyi qarşısında aksiya keçirib.

İranın Azərbaycandakı səfirliyi qarşısında aksiya

Bu gün Milliyyətçi Gənclər Təşkilatı İranın Azərbaycandakı səfirliyi qarşısında aksiya keçirib.


AzNews.az Modern.az-a istinadən xəbər verir ki, polis əməkdaşları aksiya iştirakçılarının səfirlik qarşısına toplaşmasına icazə verməyiblər. Bildiriblər ki, yalnız iki nəfər qətnaməni səfirliyə təqdim edə bilər. Bundan sonra aksiyaçılar metronun "İçərişəhər" stansiyası istiqamətində ərazidən uzaqlaşdırılıblar. İki nəfər isə aksiyanın qətnaməsini səfirliyə təqdim edib.

6 noyabrda İranın dövlət kanalı "Kanal 2"-nin "Fitilə" adlı proqramında səhnəcik hazırlanıb. Azərbaycanlı uşaq tualet fırçası ilə diş fırçasını səhv salır və dişlərini tualet fırçasıyla təmizləyir. Bundan sonra uşağın atası otel sahibindən üzr istəyir və oteldən gələn pis qoxuya uşağın səbəb olduğunu bildirir. Uşaq və atasının dialoqu azərbaycan dilində verilib. Veriliş yayımlanandan sonra Təbriz, Urmiya, Ərdəbil, Zəncan, Qəzvin və azərbaycanlıların yaşadığı digər yerlərdə etiraz aksiyaları keçirilib.

MGT rəhbəri bildirir ki, Təbrizdə aksiyalar davam edərsə, onlar da bu aksiyalara dəstək üçün İranın Azərbaycandakı səfirliyi qarşısında etiraz edəcəklər.