Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti Türkiyənin ilk və aparıcı rəqəmsal aparıcı televiziya yayım platforması olan “Digitürk” şirkəti ilə yeni tərəfdaşlığa başlayıb. Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti Türkiyənin ilk və aparıcı rəqəmsal aparıcı televiziya yayım platforması olan “Digitürk” şirkəti ilə yeni tərəfdaşlığa başlayıb.

Bakcelldən yenilik – 100 TV kanalını izləyə biləcəksiniz

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti Türkiyənin ilk və aparıcı rəqəmsal aparıcı televiziya yayım platforması olan “Digitürk” şirkəti ilə yeni tərəfdaşlığa başlayıb.



AzNews.az xəbər verir ki, "Digitürk" ilə uzunmüddətli tərəfdaşlıq çərçivəsində "Bakcell" İP və mobil əsaslı xidmətlər üzrə "Digitürk" şirkətinin Azərbaycanda eksklüziv tərəfdaşı olaraq, bütün "Bakcell" müştəriləri üçün geniş çeşidli TV məzmunu, xüsusilə futbol azarkeşləri üçün "Lig TV" kanalını təqdim edəcək. Bu tərəfdaşlığın bir hissəsi kimi "Bakcell" "Qoş və Coş" xidməti çərçivəsində özünün əyləncəli xidmətlər paketini təqdim edir. "Digitürk"lə tərəfdaşlıq bu paket daxilində ilk xidmətdir və gələcəkdə abunəçilərə maraqlı video məzmun təqdim edəcək başqa bir layihə ilə tanış olacaqlar.

Hazırda"Bakcell" abunəçiləri yüksək sürətli 4G LTE xidməti ilə "Digitürk" şirkətinin təqdim etdiyi 100-dən çox populyar kanalını istənilən yerdə və istənilən zaman izləmək imkanına malikdirlər.

Digitürk kanallarını mobil cihazlarla və masaüstü kompüterlərlə izləmək üçün Bakcell xüsusi mobil paketini təqdim edib. "Digitürk" mobil xidmət paketlərini seçərək Bakcell abunəçiləri 100-dən çox məşhur televiziya kanalı ilə təqdim olunan eksklüziv futbol, idman, xəbərlər və əyləncə məzmunundan zövq alacaqlar. Sürət paketlərindən birini alan bütün Bakcell abunəçiləri Digiturk Mobil Yayımına pulsuz abunə yazıla biləcəklər. Paketi aldıqdan sonra abunəçilər hesabı onlayn aktivləşdirmək üçün 24 saat ərzində kodunu və linki alacaqlar. Aktivləşdirmə kodu 7 gün ərzində qüvvədə olacaq.

Bu yeni xidmətlə Bakcell abunəçiləri sevdikləri Digiturk kanallarını mobil telefonlarından zövqlə izləyə biləcəklər.

Sevinc
image description image description image description