Akademik Milli Dram Teatrının aktyoru, Əməkdar artist Ələsgər Məmmədoğlunun vəziyyəti orta-ağır olaraq qalır. Akademik Milli Dram Teatrının aktyoru, Əməkdar artist Ələsgər Məmmədoğlunun vəziyyəti orta-ağır olaraq qalır.

“Azdrama”dan aktyorun səhhətilə bağlı xəbərə “dramatik” – Reaksiya

Akademik Milli Dram Teatrının aktyoru, Əməkdar artist Ələsgər Məmmədoğlunun vəziyyəti orta-ağır olaraq qalır.


Bu barədə AzNews.az-a aktyorun həkimi Rəna Mirzəyeva bildirib.

Onun sözlərinə görə, Ə.Məmmədoğlu bu gün sözügedən xəstəxananın nevroloji şöbəsinə köçürüləcək: "Hələ ki, reanimasiyada müalicə olunur. Amma günün sonuna yəqin ki, palataya köçürüləcək".

R.Mirzəyeva onu da əlavə edib ki, aktyorun başqa xəstəxanaya köçürülməsi ilə bağlı əlavə məlumat veriləcək.

Akademik Milli Dram Teatrının bədii rəhbəri və baş rejissoru Azər Paşa Nemətov isə AzNews.az-a bildirib ki, Ə.Məmmədoğlu ilə bağlı yayılan məlumatların əsası yoxdur: "Sizin məlumatlarınız doğru deyil. Xahiş edirəm məni narahat etməyin".

Akademik Milli Dram Teatrının mətbuat xidmətinin isə məlumatında bildirilir ki, aktyor, əməkdar artist Ələsgər Məmmədoğlunun vəziyyətinin ağırlaşması ilə bağlı mətbuatda yayılan məlumatlar həqiqəti əks etdirmir: "Ələsgər Məmmədoğlu noyabrın 12-də yüksək təzyiq diaqnozu ilə Əjdər Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasına yerləşdirilib, həkimlərin tövsiyəsi ilə bir neçə gün müalicə alıb. Xəstəxanada müalicə aldığı müddətdə aktyorun səhhəti Mədəniyyət və Turizm Nazirliyi və Akademik Milli Dram Teatrının rəhbərliyinin diqqətində olub, teatrın rəhbərliyi əməkdar artistə baş çəkib, onun vəziyyəti ilə maraqlanıb. Bu gün aktyorun özü ilə əlaqə yaradılıb, Ələsgər Məmmədoğlu bildirib ki, sağlamlığında narahatlığa səbəb olacaq hal yoxdur, özünü yaxşı hiss edir və bu gün xəstəxanadan evə buraxılması nəzərdə tutulub".

Qeyd edək ki, Ə.Məmmədoğlu noyabrın 12-də səhhətində problem yaranıb və o, Binəqədi rayon Xəstəxanasına yerləşdirilib.

Bahar RÜSTƏMLİ
AzNews.az