17 noyabr “Milli Dirçəliş günü” münasibətilə Azərbaycan Kikboksinq Federasiyasının mətbuat xidməti və “Müəllim sözü” qəzeti redaksiyası tərəfindən dəyirmi masa təşkil olunmuşdur. 17 noyabr “Milli Dirçəliş günü” münasibətilə Azərbaycan Kikboksinq Federasiyasının mətbuat xidməti və “Müəllim sözü” qəzeti redaksiyası tərəfindən dəyirmi masa təşkil olunmuşdur.

“Milli Dirçəliş günü” qeyd edildi - Fotolar

17 noyabr “Milli Dirçəliş günü” münasibətilə Azərbaycan Kikboksinq Federasiyasının mətbuat xidməti və “Müəllim sözü” qəzeti redaksiyası tərəfindən dəyirmi masa təşkil olunmuşdur.


AzNews.az xəbər verir ki, dəyirmi masada tanınmış ziyalılar, hərbçilər, incənət və ədəbiyyat nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə millət vəkili, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, hüquq üzrə fəlsəfə doktoru Adil Əliyev açıb.

Sonra professor Firudin Cəlilov çıxış edərək, "Milli Dirçəliş günü"nün yaranma tarixindən bəhs etmişdir. "Müəllim sözü" qəzetinin baş redaktoru, yazıçı-jurnalist Vahid Aslan "Milli Dirçəliş günü"ün müstəqillik yolunda xalqımıza qazandırdığı dəyərlərdən danışaraq, həmin dövrdə baş verən hadisələrdə gəncliyin rolundan bəhs edib.

Daha sonra professorlar - Vilayət Əliyev, Əli Hüseynov, Fuad Məmmədov, Maarifə Hacıyeva, Həcər Hüseynova, xalq artistləri – Alim Qasımov, Zaur Rzayev, Ağadadaş Ağayev, Aftandil İsrafilov, Ombudsman aparatının mətbuat katibi Zemfira Məhərrəmli, Olimpiya çempionu İlham Zəkiyev, Ramil Səfərov, yazıçı-dramaturq Elçin Hüseynbəyli, "Kredo" qəzetinin baş redaktoru şair Əli Xələfli, AYB-nin mətbuat katibi, şair Xəyal Rza, Azərbaycan Kikboksinq Federasiyasının mətbuat katibi Elnur Eltürk, şair Pünhan İsmayıl, Azərbaycan Televiziyasının əməkdaşı Anar Məmmədli, "Müəllim sözü" qəzetinin redaktoru Almarə Abbasova, Qarabağ müharibəsi veteranı Elmar Hüseynov, ADU-nun tələbəsi Nigar Hüseynova və digər qonaqlar çıxış edərək, dəyirmi masada maraqlı fikirlər səsləndirilib.

Tədbirdə eyni zamanda millət vəkili Adil Əliyevə "Milli Dirçəliş günü" ərəfəsində "Ziyalı" fəxri-media diplomu təqdim edilib.