“Azərsu” fakt qarşısında: Evlərə verilən palçıqlı su - Video+Açıqlama (Yenilənib)

“Space” televiziyasının əməkdaşı Zamirə Dadaşova “Azərsu” ASC-ni fakt qarşısında qoyub.


AzNews.az xəbər verir ki, aparıcı evlərə verilən suyun görüntüləri ilə bağlı video paylaşıb. Videodan evlərə verilən suyun rənginin qara olduğu görünür: "Bizə verilən su... Dəhşətdir. Aparıb "Azərsu"nun rəhbərinə verəcəyəm, övladları ilə içsin".

Z.Dadaşova AzNews.az-a açıqlamasında bildirib ki, su dünən 20:00 radələrindən etibarən bu formada verilir.

***
13:24

"Azərsu"nun Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı AzNews.az-a açıqlamasında bildirib ki, bu hadisə Nərimanov rayonun Montin ərazisinin kiçik bir hissəsində baş verib: "Bununla bağlı bizə müraciətlər daxil olub. Həmin ərazidə əhaliyə suyun verilməsi dayandırılıb. Demək olar ki, xüsusi olan xətt bağlanıb. Hazırda xəttin təmizlənməsi prosesi gedir. Eyni zamanda araşdırma aparılır ki, suyun bu cür formada gəlməsi nə ilə bağlıdır".



AzNews.az