Horadiz şəhər stadionda Müdafiə Nazirliyi ilə Füzuli rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Sənə inanırıq, ölkə rəhbəri; Sənə güvənirik, vətən əsgəri” devizi altında teatrlaşdırılmış kütləvi hərbi vətənpərvərlik bayramı keçirilib. Horadiz şəhər stadionda Müdafiə Nazirliyi ilə Füzuli rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Sənə inanırıq, ölkə rəhbəri; Sənə güvənirik, vətən əsgəri” devizi altında teatrlaşdırılmış kütləvi hərbi vətənpərvərlik bayramı keçirilib.

Horadizdə hərbi vətənpərvərlik bayramı - Fotolar

Horadiz şəhər stadionda Müdafiə Nazirliyi ilə Füzuli rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Sənə inanırıq, ölkə rəhbəri; Sənə güvənirik, vətən əsgəri” devizi altında teatrlaşdırılmış kütləvi hərbi vətənpərvərlik bayramı keçirilib.


AzNews.az xəbər verir ki, bayram tədbirində Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Füzuli rayonundan deputat seçilən Bahar Muradova, Müdafiə Nazirliyinin generalları, rayonun idarə, müəssisə, təşkilatları, hüquq-mühafizə orqanlarının əməkdaşları, ərazidəki N saylı hərbi hissənin zabit və əsgərləri, ziyalılar, ictimaiyyət nümayəndələri – ümumilikdə 5000 nəfərə yaxın şəxs iştirak edib.

Bayram tədbirinin keçirildiyi Horadiz şəhər stadionu tədbirin mövzusuna uyğun bəzədilmiş, stadionda hərbi şəhərcik təşkil olunmuşdur.

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Bahar xanım Muradova, Müdafiə Nazirliyinin generalları və bir qrup tədbir iştirakçısı əvvəlcə Heydər Əliyev parkında Ulu öndərin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzərək xatirəsinə ehtiramlarını bildirmişdir.

Azərbaycanın dövlət himni səsləndirildikdən sonra Müdafiə Nazirliyinin zabiti, hərbi vətənpərvərlik bayramının ssenari müəllifi polkovnik Abdulla Qurbani Müdafiə Nazirliyinin respublikamızın bölgələrində rayon İcra Hakimiyyətləri ilə birgə xalqla ordunun birliyinə həsr olunmuş kütləvi hərbi vətənpərvərlik bayramları keçirdiyini bildirmiş, növbəti möhtəşəm tədbirin cəbhə bölgəsində Horadiz şəhərində təşkil olunduğunu qeyd etmişdir.

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev tədbiri açmış, hərbi vətənpərvərlik mövzusunda keçirilən bayram münasibətilə qonaqları, rayon sakinlərini təbrik etmişdir. Alı Alıyev cəbhə bölgəsində, Horadiz şəhərində belə möhtəşəm tədbirin keçirilməsinin heç də təsadüfi olmadığını vurğulamışdır. Bildirmişdir ki, 1993-cü ilin oktyabrında tam işğala məruz qalan Füzuli rayonunun 22 yaşayış məntəqəsi 1994-cü il yanvarın 5-dən 6-a keçən gecə Ulu öndər Heydər Əliyevin qətiyyəti, böyük sərkərdəlik məharəti nəticəsində düşməndən azad edilmişdir. Horadiz və işğaldan azad olunmuş digər yaşayış məntəqələri Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə bərpa olunmağa başladı, sosial obyektlər, dağıdılmış və yandırılmış infrastruktur bərpa olundu, füzulililər doğma yurdlarına qayıtdılar. Alı Alıyev qeyd etmişdir ki, "Sənə inanırıq, ölkə rəhbəri; Sənə güvənirik, vətən əsgəri" devizi altında keçirilən tədbir gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasına, ordu-xalq birliyinin formalaşmasına xidmət edən vacib amillərdən biridir.

"Füzulililər həmişə Vətənə, xalqa, dövlətə sədaqətli olmuş, Heydər Əliyevə, onun siyasətinin layiqli davamçısı Prezident, Ali Baş komandan cənab İlham Əliyevə hər zaman inanmış, dəstəkləmişlər. Bu gün də füzulililər Prezident, Ali Baş komandan cənab İlham Əliyevin ətrafında yumruq kimi birləşiblər, prezidentlərinə, vətənin keşiyində dayanan əsgərlərinə inanır və güvənirlər. Son illər ölkəmizdə xalq-ordu birliyinin formalaşmasına xidmət edən tədbirlərin həyata keçirilməsi füzulililərin ölkə başçısına olan inamını daha da gücləndirir, arzu olunan günlərin – Füzuliyə qayıdışın böyük əsası olduğu inamını artırır. Füzulililər məhz bu inamla yaşayır və işləyirlər", - Alı Alıyev deyib.

Füzuli rayonundan millət vəkili Bahar Muradova bayram tədbirində çıxış etmiş, belə möhtəşəm tədbirin Horadiz şəhərində keçirilməsinin əhəmiyyətindən danışmışdır.
General-leytenant Yaşar Aydəmirov çıxış edərək, Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun təbrikini tədbir iştirakçılarına çatdırmışdır.

Vətənpərvərlik mövzusunda hazırlanmış ədəbi-bədii kompozisiyadan sonra Horadiz şəhərinin erməni işğalından azad olunması uğrunda gedən döyüşlərdə iştirak edən keçmiş döyüşçülər fəxri kürsüyə dəvət olundu. Cəbhə xəttinin Füzuli istiqamətində torpaqlarımızın bütövlüyü uğrunda sağlamlığını itirən Paraolimpiya çempionu, İlk Avropa Oyunlarının qalibi İlham Zəkiyevə Füzuli rayonunun fəxri sakini vəsiqəsi və medalı təqdim olundu.

Teatrlaşdırılmış kütləvi mərasim videoçarxların, Füzuli Dövlət Dram teatrının aktyorlarının, bədii özfəaliyyət kollektivlərinin, incəsənət ustalarının, Silahlı Qüvvələrin Mahnı və Rəqs ansamblının çıxışları ilə davam etmişdir. Bayram konserti rayon sakinləri və ön xətdə, səngərdə xidmət edən əsgərlər tərəfindən alqışlarla qarşılanmışdır.
Sonda Azərbaycan Respublikasının dövlət bayrağı dalğalandırılmış, tədbir əsgərlərin və rayon sakinlərinin alqış sədaları altında başa çatmışdır.

image description image description image description image description image description