Prezidentlərin iş otaqları necə olur? Onların vaxtının çox hissəsini keçirdikləri kabinetlərində hansı şərait var? Prezidentlərin iş otaqları necə olur? Onların vaxtının çox hissəsini keçirdikləri kabinetlərində hansı şərait var?

Prezidentlərin iş otaqları - FOTO

Prezidentlərin iş otaqları necə olur? Onların vaxtının çox hissəsini keçirdikləri kabinetlərində hansı şərait var?




Bu, yəqin çoxuna maraqlıdır.

AzNews.az xəbər verir ki, Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən bir neçə dövlət və hökumət başçısının kabineti barədə qısa məlumat və fotoları təqdim edir:

Rusiya prezidentinin iş otağı iqamətgahın düz mərkəzində yerləşir. Putinin kabineti o qədər də böyük deyil. Amma burada normal işləmək üçün maksimum şərait var.



Otağın divarları palıd ağacı ilə üzlənib. Divar boyunca unikal nəşrlərin sıralandığı kitab şkafı düzülüb. Üzərində Rusiyanın gerbinin həkk olunduğu iş masası otağın ortasındadır. Pəncərəyə yaxın yerdə daha bir stol var. Prezident burada işgüzar danışıqlar aparır, köməkçiləri ilə müşavirə keçirir.

ABŞ prezidentinin əsas iş otağı Oval kabinetdir. Bu otağın 3 böyük pəncərəsi, 4 qapısı var. Prezidentin iş masası cənuba baxan pəncərənin önünə qoyulub.



Azərbaycan prezidenti İlham Əliyevin kabineti çox səliqəli və işıqlı olması ilə seçilir.



Ukrayna prezidenti işgüzar görüşləri və iclaslar üçün ümumi sahəsi 128,8 kvadratmetr olan üç otaqdan (kabinet, qəbul və görüş otaqları) istifadə edir.



Almaniya kansleri Angela Merkelin kabineti inanılmaz sadəliyi ilə seçilir. Ucuz masanın üstündə yalnız telefon, monitor, lampa və qlobus var.



Nigeriya prezidenti Məhəmməd Buxari andiçmədən sonra hələ də öz evindəki kabinetində oturub işləyir.



İran prezidentinin kabineti də sadədir. Masanın üstündə yalnız kompüter və yazı ləvazimatı görmək olar.



Argentina prezidenti Kristina Kirşnerin kabineti isə alimin iş otağına bənzəyir. Hara baxırsansa kitabdır...



Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedovun iş otağına baxanda isə adama elə gəlir ki, o, heç bir kağıza inanmır. Maraqlıdır, bu qədər noutbuk prezidentin nəyinə gərəkdir?!



Yunanıstanın baş nazirinin kabinetində də xeyli kitab gözə dəyir. Aleksis Tsiprasın bu kitabların hamısını oxuyub-oxumaması sualı isə açıq qalır.



Vyetnam prezidentinin iş otağı isə çox balaca görünür. O, burada çox az-az olur, ya da nəyinsə ona olmasını sevmir...