- Köhnə - Cəmiyyət
- 23 Noyabr 2015 11:07
- 6 138
Bakı Metropoliteni QSC-dən “Avtovağzal” - Açıqlaması
Metronun “Avtovağzal” stansiyası 2016-cı ilin ilk yarısında istifadəyə verilə bilər.
Bu barədə AzNews.az-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.O, bildirib ki, sözü gedən stansiyanın tikinti işləri başa çatıb: "İşlər yekunlaşmaq ərəfəsindədir. Tikinti tam başa çatıb, abadlıq və avadanlıqların quraşdırılması prosesi gedir".
N.Paşayev əlavə edib ki, həmin istiqamətdə 8-ci çıxışı olan Biləcəri istiqamətindəki keçiddə də son tamamlama işləri aparılır.
Qeyd edək ki, Metronun "Avtovağzal" stansiyasının tikintisinə 2011-ci ildə başlanılıb.
Bahar RÜSTƏMLİ
AzNews.az