Bakıda intihar faktları ilə əlaqədar cinayət işi açıldı. Bakıda intihar faktları ilə əlaqədar cinayət işi açıldı.

Baş Prokurorluqdan intiharla bağlı - Açıqlama

Bakıda intihar faktları ilə əlaqədar cinayət işi açıldı.


Bakı şəhər prokurorluğundan AzNews.az-a verilən məlumata görə, noyabrın 23-də saat 12 radələrində Bakı Metropoliteninin "Azadlıq prospekti" stansiyasının yaxınlığında, 1981-ci il təvəllüdlü Malik Hüseynovun üzərinə neft məhlulu tökərək özünü yandırması və aldığı yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi, bundan başqa, həmin gün saat 15 radələrində paytaxtın Bakıxanov qəsəbəsində, 1990-cı il təvəllüdlü Ayişə Dadaşovanın özünü yaşadığı evin 19-cu mərtəbəsindən ataraq intihar etməsi faktlarına görə Binəqədi və Sabunçu rayon prokurorluqlarında Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işləri başlanıb.

Hər iki iş üzrə məhkəmə-tibb ekspertizaları təyin edilib və hadisələrin baş vermə səbəblərinin müəyyən edilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.