Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti noyabrın 27-də Odlar Yurdu Universitetində “Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbiri və Sumqayıt şəhərində Əmək yarmarkası təşkil edəcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti noyabrın 27-də Odlar Yurdu Universitetində “Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbiri və Sumqayıt şəhərində Əmək yarmarkası təşkil edəcək.

Bakı və Sumqayıtda əmək yarmarkası keçiriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti noyabrın 27-də Odlar Yurdu Universitetində “Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbiri və Sumqayıt şəhərində Əmək yarmarkası təşkil edəcək.


AzNews.az xəbər verir ki, bu barədə nazirlikdən Oxu.Az-a bildirilib.

"Universitetdə keçiriləcək aktiv məşğulluq tədbiri tələbə və məzunların əmək bazarı, öz ixtisaslarına uyğun vakansiyalar barədə məlumatlar əldə etmələri, habelə işəgötürənlərlə ilkin əlaqələrinin qurulması məqsədinə yönəlib. Tədbirdə boş (vakant) iş yerləri də təqdim olunmaqla, müvəqqəti xarakterli işlərdə çalışmaq istəyənlər Əmək birjası tərəfindən qeydə alınacaq", - deyə nazirlikdən bildirilib.

Bundan başqa, nazirlikdən qeyd edilib ki, Sumqayıt şəhərində yarmarka, Sumqayıt Dövlət Universitetinin foyesində təşkil olunacaq. Əmək yarmarkasında bu şəhərdə fəaliyyət göstərən müəssisələrdən boş (vakant) iş yerləri işsiz və işaxtaran vətəndaşlara təklif ediləcək.