"Bu gecə Nardaranda hər hansı gərginlik olmayıb, sakitçilikdir". "Bu gecə Nardaranda hər hansı gərginlik olmayıb, sakitçilikdir".

Nardaranda gecə sakit keçib

"Bu gecə Nardaranda hər hansı gərginlik olmayıb, sakitçilikdir".


Bunu Kənd sakini Hidayət Nəbiyev deyib. Onun sözlərinə görə, kəndə gələn yollarda polis postları yaradılıb, Nardaran nəzarət altındadır.

Hidayət Nəbiyev kənd sakinlərinin də gecəni meydanda keçirdiklərini bildirib: "Hamımız kişi kimi meydanda qaldıq, dağılmadıq, dağılmayacağıq da".

O, atışma zamanı ölən kənd sakinlərinin meyitinin qaytarılmasını və saxlanılanların buraxılmasını tələb etdiklərini bildirir: "Biz hələ bilmirik kim ölüb, neçə nəfər ölüb. Neçə nəfər yaralıdır. Rəsmi qurumların cavabını gözləyirik".

Noyabrın 26-da Nardaranda silahlı insident olub. Rəsmi məlumata görə, bu zaman dörd nəfər kənd sakini və iki polis ölüb



"Azadlıq" radiosu