Neftin qiymətinin aşağı düşməsi, manatın növbəti devalvasiyası tələblərə də təsirsiz ötüşməyib. Neftin qiymətinin aşağı düşməsi, manatın növbəti devalvasiyası tələblərə də təsirsiz ötüşməyib.

Ödənişi dollarla tələb edən universitetdən - Açıqlama

Neftin qiymətinin aşağı düşməsi, manatın növbəti devalvasiyası tələblərə də təsirsiz ötüşməyib.


Ödənişli əsaslarla müxtəlif ali təhsil müəssisələrində oxuyan tələbələr təhsil haqlarını ödəməkdə çətinlik çəkirlər. Lakin bəzi universitet rəhbərliyi qış semestrinin imtahanları başa çatana qədər onlardan təhsil haqlarını ödəməyi tələb edir. Hətta bəzi ali məktəblərdə tələbələri təhdid edərək, əgər qalıq borclar verilməzsə, onlardan təhsil haqlarının ABŞ dolları ilə alınacağı deyilir.

Bununla bağlı Təhsil Nazirliyi açıqlama yayaraq bildirib ki, ali təhsil müəssisələrinin təhsil haqqını ABŞ dolları və ya digər bir ölkənin pul vahidi ilə tələb etmə haqqı yoxdur. Təhsil haqlarının manatla ödənilməsi şərti tələbə ilə ali təhsil müəssisəsi arasında bağlanan müqavilədə də öz əksini tapıb. Lakin görünən odur ki, heç də rektorların hamısı buna əməl etmir.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, Təfəkkür Universitetinin dəhlizlərinə bununla bağlı elan vurulub. Tələbələr elanın şəklini də yayıblar..

Universitetin mətbuat xidmətinin rəhbəri Asif Quliyev isə bu faktın yalan olduğunu bildirib. O, qeyd edib ki, məlumatın yayılması onlara qarşı aparılan kampaniyadır:

"Dünəndən bu işlə məşğulam. Bu haqda geniş açıqlama yayacağıq. Yalan informasiyadır və onu bizim adımızdan yayanı da tapacağıq ki, nə məqsədlə bunu edib. Tələblərimiz də onların adından belə yalan informasiyalar yayılmasına etiraz edirlər".

Bundan öncə Bakı Qızlar Universitetində təhsil alan tələbələrdən manatın üzən məzənnəyə keçidindən sonra təhsil haqlarının dollarla ödənilməsinin tələb olunduğu barədə məlumatlar yayılıb.



Modern.az