Daxili İşlər Nazirliyi Binəqədidə baş vermiş silahlı insidentlə bağlı məlumat yayıb. Daxili İşlər Nazirliyi Binəqədidə baş vermiş silahlı insidentlə bağlı məlumat yayıb.

DİN-dən Bakıdakı güllələnmə ilə bağlı - Məlumat

Daxili İşlər Nazirliyi Binəqədidə baş vermiş silahlı insidentlə bağlı məlumat yayıb.


AzNews.az nazirliyin saytına istinadən xəbər verir ki, yanvarın 9-da Abşeron rayon sakini Elnar Canatovun Biləcəri qəsəbəsindəki işlədiyi mağazanın qarşısına gəlmiş qohumu qəsəbə sakini Mehman Fəsədov münaqişə zəminində tüfəngdən açdığı atəşlə ona sifət nahiyəsindən xəsarət yetirib hadisə yerini tərk edib. E.Canatov xəstəxanaya yerləşdirilib.

Binəqədi RPİ 6-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Fəsədov tutulub, ondan "İJ-58" markalı tüfəng və 5 ədəd patron götürülüb.