Formula 1 yarışına hazırlıqla bağlı bu gün axşam saatlarından etibarən Neftçilər prospektinin Rəsul Rza küçəsi ilə kəsişməsindən başlayaraq Azadlıq meydanına qədər olan hissəsində nəqliyyatın hərəkəti hər iki istiqamətdə 3 günlüyünə dayandırılır. Formula 1 yarışına hazırlıqla bağlı bu gün axşam saatlarından etibarən Neftçilər prospektinin Rəsul Rza küçəsi ilə kəsişməsindən başlayaraq Azadlıq meydanına qədər olan hissəsində nəqliyyatın hərəkəti hər iki istiqamətdə 3 günlüyünə dayandırılır.

Sürücülərin nəzərinə - Bu prospekt 3 günlük bağlanır

Formula 1 yarışına hazırlıqla bağlı bu gün axşam saatlarından etibarən Neftçilər prospektinin Rəsul Rza küçəsi ilə kəsişməsindən başlayaraq Azadlıq meydanına qədər olan hissəsində nəqliyyatın hərəkəti hər iki istiqamətdə 3 günlüyünə dayandırılır.


Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən AzNews.az-a verilən məlumata görə, alternativ olaraq, eyni müddətdə nəqliyyatın hər iki tərəfli hərəkəti Zərifə Əliyeva küçəsində təşkil olunacaq. Belə ki, Azneft dairəsindən gələn avtomobillər Rəsul Rza küçəsinə dönərək Muzey Mərkəzinin (köhnə Lenin Muzeyi) arxa tərəfindən keçməklə Zərifə Əliyeva küçəsi ilə Azadlıq meydanına qədər yolunu davam etdirə biləcəklər.

Bundan əlavə, yeraltı su xətlərinin təmiri ilə əlaqədar olaraq yanvarın 14-də səhər saat 9-dan etibarən Əziz Əliyev küçəsində nəqliyyatın hərəkəti tamamilə dayandırılacaq. Təmir işlərinin yanvarın 18-dək davam etdirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, yarışdan öncə salınacaq və Formula 1 yarışı standartına cavab verən yenilənmiş yollar daimidir. Bu yollar Qran Pridən sonra paytaxt sakinlərinin istifadəsində olacaq.

Sevinc YASİNQIZI