Azərbaycanın Batumidəki baş konsulu Rəşad İsmayılov Acarıstan Muxtar Respublikasının turizm departamentinin sədri Mamuka Berdzenişvili ilə görüşüb. Azərbaycanın Batumidəki baş konsulu Rəşad İsmayılov Acarıstan Muxtar Respublikasının turizm departamentinin sədri Mamuka Berdzenişvili ilə görüşüb.

Baş konsulumuz Acarıstanın turizm departamentinin sədri ilə görüşdü

Azərbaycanın Batumidəki baş konsulu Rəşad İsmayılov Acarıstan Muxtar Respublikasının turizm departamentinin sədri Mamuka Berdzenişvili ilə görüşüb.



Görüşdə qarşılıqlı maraq doğuran məsələlər geniş müzakirə edilib.

R. İsmayılov Azərbaycan hər zaman turizm əlaqələrinin genişlənməsində maraqlı olduğunu bildirib. O qeyd edib ki, ölkəmizdə turizm infrastrukturunun genişləndirilməsi istiqamətində böyük işlər həyata keçirilir.

Görüş zamanı ölkəmizin mövcud turizm potensialının beynəlxalq aləmdə tanınması, turistlərin Azərbaycana çoxsaylı səfərlərinin təşkili, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi istiqamətində görülən işlər barəsində fikir mübadiləsi aparılıb, hər iki tərəf arasındakı turizm sahəsində sıx əlaqələr və qarşılıqlı faydalı əməkdaşlığın mövcud olması vurğulanıb.

Acarıstan Muxtar Respublikasının Batumi şəhərinin turizm sahəsində cəlbedici olduğunu nəzərə alaraq, hər iki dövlətin turizm agentliklərinin sıx əməkdaşlığının vacib olması, həmçinin, qarşılıqlı təcrübə mübadiləsi və digər məsələlər ətrafında işgüzar fikir mübadiləsi aparılıb.