2016-cı il yanvarın 1-i vəziyyətinə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4915,3 min nəfər olub, onlardan 4671,6 min nəfərini iqtisadi əmək fəaliyyəti ilə məşğul olan əhali təşkil edib. 2016-cı il yanvarın 1-i vəziyyətinə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4915,3 min nəfər olub, onlardan 4671,6 min nəfərini iqtisadi əmək fəaliyyəti ilə məşğul olan əhali təşkil edib.

Azərbaycanda işsizlərin sayı açıqlandı - 28,9 min nəfər

2016-cı il yanvarın 1-i vəziyyətinə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4915,3 min nəfər olub, onlardan 4671,6 min nəfərini iqtisadi əmək fəaliyyəti ilə məşğul olan əhali təşkil edib.


Dövlət Statistika Komitəsindən AzNews.az-a verilən məlumata görə, 2015-ci il dekabrın 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1504,0 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 879,4 min nəfər, qeyri-dövlət sektorunda isə 624,6 min nəfər təşkil edib.

İqtisadiyyatın neft sektorunda 34,5 min nəfər, qeyri-neft sektorunda isə 1469,5 min nəfər çalışıb. Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 21,6%-i məhsul istehsalı sahələrində, o cümlədən 6,4%-i tikintidə, 6,4%-i emal sənayesində, 3,0%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2,3%-i mədənçıxarma sənayesində, 1,8%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,7%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələrində məşğul olub.

Xidmət sahəsində işləyənlərin 22,4%-i təhsil, 19,0%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,8%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,7%-i dövlət idarəetməsi və müdafiə, sosial təminat, 4,9%-i nəqliyyat və anbar təsərrüfatı, 3,9%-i peşə, elmi və texniki fəaliyyət, 3,8%-i istirahət, əyləncə və incəsənət, 2,0%-i maliyyə və sığorta fəaliyyəti, 1,7%-i informasiya və rabitə, 1,6%-i inzibati və yardımçı xidmətlərin göstərilməsi, 1,5%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,1%-i digər sahələrdə xidmətlərin göstərilməsi və 1,0%-i daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində
çalışıblar.

2015-ci ilin yanvar-noyabr aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 151,3 saat təşkil edib.

2016-cı il yanvar ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 28,9 min nəfər olub, onların 38,6%-i qadınlar təşkil edib. İşsizliyə görə müavinətin orta məbləği 262,3 manat olub.