- Köhnə - Cəmiyyət
- 21 Yanvar 2016 17:06
- 7 333
Azərbaycanlı bələdiyyə başqanı “ilin bələdiyyə sədri” seçildi - Türkiyədə
 
            “Anadolu” Dərgisinin 9 kateqoriyaya üzrə Türkiyədə apardığı araşdırma və sorğulara görə, Qars bələdiyyə rəhbəri Murtaza Karançata “ilin bələdiyyə sədri” seçilib.
Dərgidən AzNews.az-a verilən məlumata görə, seçimlərdə bələdiyyə rəhbərinin il ərzində gördüyü işlər, gerçəkləşdirdiyi layihələr və bunun xalq tərəfindən dəyərləndirilməsi əsas götürülüb. Murtaza Karaçanta 2015-ci ildə bunları uğurla gerçəkləşdirib.Murtaza Karaçanta artıq Qarsın Türkiyədə ən inkişaf etmiş şəhərlərdən birinə çevrildiyini və fəaliyyətlərin bundan sonra da uğurla davam etdirəcəklərini bildirib:
"Bu mənim komandamın uğurudur. Qürur duyuram ki, sağlam bir heyətlə Qarsımızın inkişafı üçün çalışırıq".
Elnur Eltürk
 
                 
                             
                             
                             
                             
                             
                            