"BakuBus”MMC sərnişinlərin işini asanlaşdırmaq üçün daha bir yenilik edəcək. "BakuBus”MMC sərnişinlərin işini asanlaşdırmaq üçün daha bir yenilik edəcək.

“BakuBus”dan daha bir yenilik

"BakuBus”MMC sərnişinlərin işini asanlaşdırmaq üçün daha bir yenilik edəcək.


AzNews.az xəbər verir ki, "BakuBus"MMC-nin mətbuat katibi Nuridə Allahyarovanın musavat.com-a verdiyi xəbərə görə, dayanacaqlarda "BakuBus"ın avtobuslarının hansı nömrələr altında, hansı dayanacaqlardan keçdiyini əks etdirən dəmir şitlər vurulacaq:

"Bununla da dayanacaqlarda gözləyən sərnişinlər "BakuBus"ın xidmət göstərdiyi avtobusların hansı dayanacaqlardan keçdiyi barədə məlumat almış olacaqlar. Bu sərnişinlərə "BakuBus"a məxsus avtobusların hərəkət istiqaməti üzrə məlumat almaq imkanı yaradacaq. Məqsədimiz sərnişinlərə daha keyfiyyətli, yüksək xidmət göstərməkdir".