Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin nəslindən olan alim, tibb elmləri doktoru Gülnarə Rəsulzadə yanvarın 23-də Tbilisidə dünyasını dəyişib. Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin nəslindən olan alim, tibb elmləri doktoru Gülnarə Rəsulzadə yanvarın 23-də Tbilisidə dünyasını dəyişib.

Azərbaycanlı alim vəfat etdi - Gürcüstanda

Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin nəslindən olan alim, tibb elmləri doktoru Gülnarə Rəsulzadə yanvarın 23-də Tbilisidə dünyasını dəyişib.


AzNews.az-ın AzərTac-a istinadən verdiyi xəbərə görə, mərhumənin dəfn mərasimində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin, Gürcüstandakı səfirliyinin, Gürcüstan Azərbaycanlıları Milli Konqresinin rəhbərliyi və əməkdaşları iştirak ediblər.

Səfirlik adından mərhumənin məzarı önünə əklil qoyulub.

Mərasimdə bildirilib ki, Gülnarə Rəsulzadə atası Mirzə David Rəsulzadənin yolunu uğurla davam etdirib. AXC dövründə Azərbaycanda məsul vəzifə tutan M.D.Rəsulzadə Tbilisidə "Gürcüstan" qəzetinin təsisçisi və redaktoru olub.

O, 1937-ci ildə repressiyaya məruz qalıb. Gülnarə Rəsulzadə Tbilisidə yaşamasına baxmayaraq daim Azərbaycan naminə çalışıb. O, Gürcüstanda Azərbaycan mədəniyyətinin, elminin, tarixinin təbliği istiqamətində xeyli işlər görüb.