"Türkiyə Hava Yolları" aviaşirkəti əlverişsiz hava şəraiti ilə əlaqədar yanvarın 24-ə təyin edilmiş İstanbul-Bakı reysini təxirə salıb. "Türkiyə Hava Yolları" aviaşirkəti əlverişsiz hava şəraiti ilə əlaqədar yanvarın 24-ə təyin edilmiş İstanbul-Bakı reysini təxirə salıb.

İstanbul-Bakı reysləri ilə bağlı son - Məlumat

"Türkiyə Hava Yolları" aviaşirkəti əlverişsiz hava şəraiti ilə əlaqədar yanvarın 24-ə təyin edilmiş İstanbul-Bakı reysini təxirə salıb.


AzNews.az xəbər verir ki, bu barədə Trend-ə Heydər Əliyev Beynəlxalq Hava Limanından bildiriblər.

Təyyarə yerli vaxtla İstanbuldan saat 06:10-da uçmalı idi.

Məlumata görə, Bakıdan saat 07:55-də uçmalı olan təyyarə saat 08:04-də havaya qalxıb.

Heydər Əliyev Beynəlxalq Hava Limanından verilən məlumata görə, yanvarın 24-nə təyin edilmiş digər İstanbul-Bakı və Bakı-İstanbul reysləri cədvəl üzrə həyata keçiriləcək.

Qeyd edək ki, son günlər "Türkiyə Hava Yolları" aviaşirkəti əlverişsiz hava şəraiti ilə əlaqədar onlarla reysi təxirə salıb.