- Köhnə - Cəmiyyət
- 25 Yanvar 2016 11:50
- 1 438
Azərbaycanın hava limanlarında viza mərkəzləri açılacaq

2016-cı il 1 fevral tarixindən etibarən Azərbaycanın bütün beynəlxalq hava limanlarında gələn sərnişinlər üçün viza rəsmiləşdirmə mərkəzləri fəaliyyətə başlayacaq.
AzNews.az-ın AZAL-ın saytına istinadən verdiyi məlumata görə, Fars Körfəzi (Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt) ölkələrinin, habelə Yaponiya, Çin, Cənubi Koreya, Malayziya və Sinqapur vətəndaşları ölkədə 30 günlük birdəfəlik vizanı rəsmiləşdirə biləcəklər.