Dövlət Gömrük Komitəsi (DGK) gömrük bəyannamələrinin tərtib edilməsinə görə xidmət haqqını endirib. Dövlət Gömrük Komitəsi (DGK) gömrük bəyannamələrinin tərtib edilməsinə görə xidmət haqqını endirib.

Sahibkarlara gömrük güzəşti - 70 faiz endirim

Dövlət Gömrük Komitəsi (DGK) gömrük bəyannamələrinin tərtib edilməsinə görə xidmət haqqını endirib.


Komitədən AzNews.az-a verilən məlumata görə, Azərbaycan Prezidentinin sahibkarlar üçün daha əlverişli şəraitin yaradılması, sahibkarlara dəstək və onlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi haqqında göstərişlərini nəzərə alaraq DGK tərəfindən 27 yanvar 2016-cı il tarixdən mal və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üçün gömrük bəyannamələrinin tərtib edilməsinə görə xidmətlərə 70% güzəşt tətbiq edilməsi haqqında qərar qəbul edilib.

Bu səbəbdən gömrük bəyannamələrinin tərtib edilməsinə görə xidmət haqqı 50 AZN-ə (ƏDV daxil deyil) endirilib.