“BakuBus” avtobuslarını daşa basanlar cəzalandırıldı

“Baku Bus”un avtobusunu daşa basan orta məktəb şagirdləri və onların valideynləri barəsində tədbir görülüb.


Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, yanvarın 23-də saat 18.00 radələrində Nəsimi rayonu ərazisində - Azadlıq prospektində "Baku Bus" MMC-yə məxsus "İveco" markalı avtobusun şüşəsi sındırılıb.

Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənlərin paytaxtdakı 132 saylı orta məktəbinin 2 şagirdi olması müəyyən edilib və vurulmuş ziyanın azyşalıların valideynləri tərəfindən ödətdirilməsi təmin olunub.

Həmçinin övladlarına lazımi nəzarət etmədiklərinə görə onların haqqında müvafiq tədbir görülüb.

APA.az