Alimlər bunu şokoladda olan flavonoidlərlə əlaqələndirirlər. Alimlər bunu şokoladda olan flavonoidlərlə əlaqələndirirlər.

Ürəyi xəstəliklərdən qoruyan şirniyyat

Alimlər bunu şokoladda olan flavonoidlərlə əlaqələndirirlər.

Münxen Universiteti (Almaniya) alimləri sübut edir ki, şokoladın istehlakı ürəyin sağlamlığına çox müsbət təsir edir.

Alimlərin fikrinə görə, şokoladın müntəzəm olaraq az miqdarda istehlakı ürək xəstəliklərinin riskini 23% (!) azaldır.

Alimlər bunu şokoladda olan flavonoidlərlə əlaqələndirirlər. Bu bioloji aktiv maddələr damarları möhkəmləndirir, onların elastikliyini artırır, arterial təzyiqi və ürək ritmini tənzimləyir.

Araşdırma zamanı 500 min insanın qidalanma haqqında məlumatları analiz olunub.

Lakin alimlər xəbərdarlıq edir ki, yalnız keyfiyyətli acı şokolad ürək və damarlara müsbət təsir edir. Ağ, südlü və s. şokolad növləri tərkibində olan çoxlu yağ və şəkərə görə ürək və damarlar üçün əksinə ziyanlıdır.

Həmçinin mütəxəssislər şokoladı az miqdarda yeməyi (1 ay ərzində 3 "plitka"dan çox olmayaraq) tövsiyə edirlər.(saglamolun.az)

AzNews.az