Bu qadın 50 ildir divarları qopardıb yeyir Bu qadın 50 ildir divarları qopardıb yeyir

Sözün əsl mənasında beton yeyən qadın - Türkiyə şokda - VİDEO

Bu qadın 50 ildir divarları qopardıb yeyir

El arasında "Aclıqdan evdə divarları yeyirik" məsəli zarafat kimi işlənsə də, Türkiyədə yaşayan 58 yaşlı qadın sözün əsl mənasında beton yeyir.

"Haberler" xəbər verir ki, Türkiyənin Show TV kanalında yayımlanan verilişə qonaq olan Nazmiyə xanım qəribə vərdişi ilə diqqət çəkib.

Belə ki, o, 50 ildir beton yeyir.

"Evdə atam tikinti işləri aparırdı. Torpaq, boya qoxusundan xoşum gəldi, kiçik bir hissə qopardıb yedim. 8 yaşım var idi. Ailəmdən gizlin olaraq hər gün biraz beton yeyirdim. Çox dadlı idi. Yatanda yastığımın altına beton qoyuram, ayılanda yeyirəm. Bəzən divarlardakı suvaqı qopardıb yeyirəm". (milli.az)

© AzNews.az