- Maraq dairəsi
- 23 Noyabr 2018 11:18
- 1 874
“Kanalizasiya canavarı” hamını şoka saldı!

Mütəxəssislər işə qarışdı və məlum oldu ki...
ABŞ-ın Texas ştatında çəkilən bir görüntü, sosial şəbəkələrdə “kanalizasiya canavarı” dedi-qodusunu yaradıb.
AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, qısa müddət sonra bu görüntünün əsl mahiyyəti anlaşılıb. Belə ki, “kanalizasiya canavarı” kimi təqdim edilən varlığın əslində soxulcan koloniyası olduğu məlum olub.
Videonu çəkən adam verdiyi açıqlamada, “Onlara çox yaxın idim. Necə hərəkət etdiklərini və qıvrıldıqlarını gördüm. O anda bunun nə olduğu haqqında heç bir fikrim yox idi”, - deyə bildirib.
Ohiodakı “Wright State University”nin zoologiya mütəxəssisi Timoti Vud, “Görünən gərilmələr, soxulcanlardan birinin gərilib, hərəkətini digər soxulcanlara göndərməyinin nəticəsidir”, - deyib.
Qeyd edək ki, buna bənzər hadisələrdən biri də 2009-da baş verib. Mütəxəssislər bunun təsadüfən kanalizasiyaya girən və torpaqsız qaldıqları üçün bir-birlərinə kilidlənən Tubifeks soxulcanlarının yaratdığı koloniya olduğunu açıqlayıb.
Pərvanə AĞAZADƏ
AzNews.az