Çəkilən son şəkillərdəki bir detal Marsda həyatın olması ilə bağlı müzakirələri yenidən alovlandırıb. Çəkilən son şəkillərdəki bir detal Marsda həyatın olması ilə bağlı müzakirələri yenidən alovlandırıb.

İddiaları doğrulamaq üçün qarşımızda bir yol var – Marsa getmək

Çəkilən son şəkillərdəki bir detal Marsda həyatın olması ilə bağlı müzakirələri yenidən alovlandırıb.

Marsın ətrafında kəşf və araşdırma aparmaq üçün hazırlanan çoxməqsədli “Mars Kəşf Ovçusu” T və V hərflərinə oxşar qum təpəcikləri çəkib.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Arizona Universitetindəki alimlər tərəfindən ilin əvvəllərində çəkilən şəkillər “günün fotosu” olaraq paylaşılıb.

Qızıl planetdəki qum təpəciklərini çəkən alimlər T və V hərflərinə oxşayan cismləri yaxından araşdırır.

Mars küləkli və tozlu bir planet olduğu üçün orda qum təpələri çoxdur.

Çəkilən son şəkillərdəki bir detal isə Marsda həyatın olması ilə bağlı müzakirələri yenidən alovlandırıb. Ufoloqlar sözügedən şəklin NASA-nın JPL layihəsinin internet saytından götürüldüyünü deyir. Onlar həmin şəkillərin planetdə bir vaxtlar ağıllı növlərin yaşamış ola biləcəyini göstərdiyini iddia edir.

Ancaq bu iddiaları doğrulamaq üçün qarşımızda bir yol var – Marsa getmək.

Pərvanə Ağazadə

AzNews.az

image description image description