Axşam saatlarında tərəvəz yeməyiniz həzm sisteminizi yaxşılaşdıracaq. Axşam saatlarında tərəvəz yeməyiniz həzm sisteminizi yaxşılaşdıracaq.

Kilo almağın qarşısını alan 8 üsul

Axşam saatlarında tərəvəz yeməyiniz həzm sisteminizi yaxşılaşdıracaq.

Qıs aylarında hər birimizin ən böyük problemi kilo almaqdır. Buna səbəb isə qış aylarında daha az hərəkət etməyimizdir.

AzNews.az qış aylarında kilo almağın qarşısını almaq üçün məsləhətləri təqdim edir.

Hər kilo üçün 30 ml su için

Havalar soyuqudca daha az tərləməyə və daha az susamağa başlayırıq. Buna görə də, bədənimizə lazım olan qədər su içmirik. Bu da kökəlməyimizə səbəb olur. Çünki su bədənimizin işləməsinə və toksik maddələrin bədənizimdən ifrazına kömək edir.

Ara qidaları keçirməyin

Hər kəsin gün ərzində 3 əsas 3 dəfə də ara qida olaraq qidalanmalıdır. Bədənimizin maksimum 4 saat ac qala bilər. Ara qidaları yeməməklə daha tez aca və daha kalorili qidalar qəbul etməyə başlayırıq.

Günorta protein, axşam tərəvəz yeyin

Unutmayın ki, tez bişən yeməklər tez də həzm olunur. Özəlliklə kilo atmaq istəyirsinizsə, günortalar qırmızı ət, toyuq əti və balıq qidalarına üstünlük verin. Axşam saatlarında tərəvəz yeməyiniz həzm sisteminizi yaxşılaşdıracaq.

Müntəzəm yuxu şərtdir

Yuxu sistemimiz həyatımızdakı çox şeyi idarət etdiyi kimi kilo almağımızı da idarə edir. Yuxuda olarkən yaranan leptin hormonu gün içərisində çox acmamağımıza səbəb olur. Yuxu rejimi şəxsə və yaşa görə dəyişsə də, bir şəxs gün ərzində 7-8 saat yatmalıdır.

Nigar CƏFƏR

AzNews.az