Musa Ayşin hadisənin 2018-ci ilin may ayında baş verdiyini deyib Musa Ayşin hadisənin 2018-ci ilin may ayında baş verdiyini deyib

Telefonuna gələn mesajı kliklədi - 30 min xərcə düşdü

Musa Ayşin hadisənin 2018-ci ilin may ayında baş verdiyini deyib

Türkiyənin Diyarbakır şəhərində telefonuna gələn mesajı klikləyən şəxs 30000 TL xərcə düşüb.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Diyarbakırda yaşayan 26 yaşlı Musa Ayşinin telefonuna “Bankınız indiyə qədər sizdən aldığı 528 lirə sənəd xərcini geri ödəyir. Ödəniş üçün giriş edin” mesajındakı linkə klikləyərək fırıldaqçılar tərəfindən açılan saxta bank səhifəsinə məlumatlarını yazıb və 30 min lirə itirib.

Alınan məlumata görə, linkə daxil olub məlumatlarını yazan Musa Ayşin məlumatlarını təsdiq edə bilmədiyi üçün yenidən cəhd edib. Daha sonra telefonunda olan Bankçılıq tətbiqinə daxil olaraq illərdir yığdığı 30 min lirənin hesabında olmadığını görüb.

Banka zəng edən Musa Ayşin fırıldaqçıların tələsinə düşdüyünü başa düşüb və polisə məlumat verib.

Musa Ayşin hadisənin 2018-ci ilin may ayında baş verdiyini deyib.

O, hələ də fırıldaqçıların tapılmadığını bildirib.

Nigar CƏFƏR

AzNews.az

image description