Çinin Sun Yatsen Universitetinin alimləri “poxmel”lə ən effektli mübarizə aparan içkini müəyyən ediblər. Çinin Sun Yatsen Universitetinin alimləri “poxmel”lə ən effektli mübarizə aparan içkini müəyyən ediblər.

Alimlər “poxmel”ə qarşı ən yaxşı vasitəni müəyyən etdilər

Çinin Sun Yatsen Universitetinin alimləri “poxmel”lə ən effektli mübarizə aparan içkini müəyyən ediblər.

Oxu.Az REN TV-yə istinadən xəbər verir ki, mütəxəssislərin araşdırmalarına görə, limon şirəsi ilə qazlı su digər vasitələrlə müqayisədə “poxmel”in əlamətlərini daha yaxşı aradan qaldırır.

Bu içkilərin qarışığı orqanizmdə alkoqolun parçalanmasına və xaric edilməsinə cavabdeh olan fermentləri aktivləşdirir.

Qazlı su ilə limon asetaldehidin konsentrasiyasını azaltmağa kömək edir. Bu maddənin miqdarı orqanizmdə spirtli içki qəbul etdikdən sonra artır və insanın özünü yaxşı hiss etməsinə mənfi təsir göstərir.

Alimlər qeyd ediblər ki, “poxmel” sindromunun yaranmasına səbəb təkcə qəbul edilən alkoqolun miqdarı deyil, onun orqanizm təfərindən gec “sovurulmasıdır”.

AzNews.az