Redmi Note 7 modeli 6 GB RAM-a sahibdir Redmi Note 7 modeli 6 GB RAM-a sahibdir

“Xiaomi Redmi Note7”nin özəllikləri məlum oldu

Redmi Note 7 modeli 6 GB RAM-a sahibdir

Məşhur bençmark saytı olan “Geekbench” hələ təqdim olunmamış “Xiaomi Redmi Note 7” smartfon modelinin texniki göstəricilərini ortaya çıxardıb.

AzNews.az xəbər verir ki, sözügedən saytda ortaya çıxmış performans göstəricilərinə əsasən Xiaomi Redmi Note 7 modeli Snapdragon 660 prosessoru vasitəsilə çalışacaq.

Qeyd etmək lazımdır ki, şirkətin bir sıra digər smartfon modelləri də bu prosessora sahibdirlər (Mi A2 və Mi 8 Lite). Geekbench testindən keçmiş Redmi Note 7 modeli 6 GB RAM-a sahibdir və Android 9.0 Pie əməliyyat sistemi vasitəsilə çalışır. Birnüvəli testdə smartfon 1462 xal, çoxnüvəli testdə isə 4556 xal toplayıb.

Smartfonun təqdimat tarixi barəsində isə hələki heç bir məlumat yoxdur.

(technote.az)

Səidə Nurməmmədli
AzNews.az