Meyson onu aldatdığına görə 1-ci arvadını məhkəməyə verib. Meyson onu aldatdığına görə 1-ci arvadını məhkəməyə verib.

21 ildir tərbiyyə etdiyi 3 uşaq onun deyilmiş - Milyonerin acı həyatı

Meyson onu aldatdığına görə 1-ci arvadını məhkəməyə verib.

Böyük Britaniyalı milyoner, "MoneySupermarket" şirkətinin sahibi Riçard Meyson sonsuz olduğunu öyrənib və başa düşüb ki, 21 il tərbiyyə etdiyi 3 oğlan uşağı onun deyilmiş. Bu haqda informasiyanı "The Sun" nəşri yayıb.

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, milyoner 1-ci həyat yoldaşından boşandıqdan sonra yenidən ailə həyatı qurub. Ancaq bu dəfə yeni cütlüyün uşaqları olmayıb. Meyson bundan sonra naəlac qalaraq həkimə müraciət edib. Ona anadangəlmə sonsuz olduğu deyilib.

Meyson onu aldatdığına görə 1-ci arvadını məhkəməyə verib və 250 min funt sterlinq təzminat istəyib. Qadın isə uşaqların ondan olduğunu deyib, ancaq DNT analizi 19 yaşlı əkizlərin və 23 yaşlı oğlanın ondan olmadığını göstərib.

İnsidentdən sonra əkizlər ataları ilə münasibətlərinə son qoyub. 23 yaşlı oğlan isə hər şeyə görə Meysona minnətdarlıq edib və onu öz atası hesab etdiyini deyib.

Uşaqların əsil atasının kimliyi haqda isə bilgi verilmir.

Babək Göyüş

© AzNews.az