Polis 3 saat boyu qapı zəngini yalayan adamı axtarır

Hadisə Kaliforniyanın Salinas bölgəsində qeydə alınıb.

ABŞ-da üç saat boyu qapı zəngini yalayarkən təhlükəsizlik kameralarına yaxalanan şəxsi danışır.

ABŞ-da yaşayan Sylvia Dungan ailəsinin evindəki təhlükəsizlik kameralarına yansıyan görüntülərdə bir nəfərin üç saat boyunca qapı zəngini yaladığı görünüb.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə Kaliforniyanın Salinas bölgəsində qeydə alınıb.

Xəbərə görə, qapı zəngini yalayan adamın 33 yaşlı Roberto Danielo Arroyo olduğu açıqlanıb və onun saxlanılması üçün axtarış əməliyyatları başladılıb.

Hadisənin gerçəkləşdiyi vaxt Sylvia Dungan özünün və həyat yoldaşının evdə olmadığını, uşaqlarının isə evdə yatdığını deyib.

O, “Daha sonra bu görüntülərə gülməyə başladım. Çünki heç nəyə və heç kimə zərər verməyib” deyib.

Nigar CƏFƏR

AzNews.az

image description